Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''De Brüyne hər il ''Qızıl top''a namizəd olmalıdır''

''De Brüyne hər il ''Qızıl top''a namizəd olmalıdır''

Tarix: 27 Iyun 2021 20:58

Belçika millisinin baş məşqçisi Roberto Martines Avro-2020-nin 1/8 finalında Portuqaliya ilə oyun ərəfəsində yarımmüdafiəçi Kevin De Brüyne haqda danışıb.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, o, 29 yaşlı yarımmüdafiəçi haqda müsbət fikirlər səsləndirib: "Düşünürəm ki, De Brüyne dünya futbolunun ən yaxşı oyun qurucusudur. Oyunu oxumaq, vaxtı və məkanı qiymətləndirmək bacarığı misilsizdir. Kevin hər il "Qızıl top"a namizəd olmalıdır".

Qeyd edək ki, bu gün keçiriləcək Portuqaliya - Belçika görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


Etiketlər:  Brüyne hər Qızıl topa namizəd olmalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ