Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusa qarşı ən güclü vasitə - Bu qurd dərmanı imiş

Koronavirusa qarşı ən güclü vasitə - Bu qurd dərmanı imiş

Tarix: 27 Iyun 2021 22:33

Bu qurd dərmanı koronavirusu müalicə edə bilər

Niklozamid tərkibli parazit dərmanının güclü antivirus təsiri üzə çıxıb.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, Almaniyanın Şarite və Bons universitütinin tədqiqatçıları virusun insan hüceyrəsibə keçdikdən sonra nə baş verdiyini araşdırıb.

Onlar təyin edib ki, virus hüceyrəninb daxilindəki mübadilə proseslərini yenidən proqramlaşdırır və orda özünün çoxalması üçün münbit şərait yaradır.

Laborator eksperimentlər nəticəsində 4 substansiyanın virusun hüceyrə daxilində çoxalmasına qarşı təsir etdiyi müəyyən olunub.

Bunların içində ən güclüsü tibbdə yaxşı məlum olan parazit dərmanı niklozamiddir.

Sınaq şüşələrində dərmanın virusa təsiri göstərib ki, o, virusun çoxalmasını 100% blok edir.

Bundan sonra alimlər kliniki tədqiqatlara başlayaraq, dərmanı kovid xəstələri üzərində sınayıblar.

Hazırda Şarite klinikasında niklozamid və kamostat (xərçəng əleyhinə preparat) dərmanlarının antivirus təsiri xəstələr üzərində öyrənilir.


Etiketlər:  Koronavirusa qarşı güclü vasitə qurd dərmanı imiş


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ