Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı-Sumqayıt yolunda baş verən qəzanın TƏFƏRRÜATLARI

Bakı-Sumqayıt yolunda baş verən qəzanın TƏFƏRRÜATLARI

Tarix: 8 Avqust 2019 10:48

Bakı. Trend:

Bu gün səhər saat 06:30 radələrində Xırdalan dairəsində zəncirvari yol nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, Bakı Nəqliyyat Agentliyində hadisə ilə bağlı müvafiq araşdırma aparılıb. Zəncirvari qəzada zərər görən 199 nömrəli müntəzəm marşrut xətti üzrə daşıyıcı şirkət "Xaliq Faiqoğlu" MMC-dən verilən məlumata görə qəza 525 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunun işçiləri daşıyan servis avtobusuna dəyməsi nəticəsində baş verib.

Həmin vaxt ərazidən keçən 199 nömrəli müntəzəm marşrut xətt üzrə avtobusun sürücüsü qəzadan yayınmaq üçün manevr etsə də nəqliyyat vasitəsi sürüşərək Niva markalı avtomobilə dəyib. Niva isə digər minik avtomobilinə dəyib.

Qəza nəticəsində servis avtobusundakı sərnişinlərdən bir neçəsi xəsarət aldığı bildirilir.
Bir daha bütün hərəkət iştirakçılarını xüsusən də sürücülərə ehtiyatlı olmağı tövsiyə edirik.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakı Sumqayıt yolunda baş verən qəzanın TƏFƏRRÜATLARI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ