Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Toylarda rəqs edərkən maska taxmaq məcburi olacaq? - RƏSMİ CAVAB

Toylarda rəqs edərkən maska taxmaq məcburi olacaq? - RƏSMİ CAVAB

Tarix: 29 Iyun 2021 10:52

"50 nəfərədək olan toy, nişan və ad günü tədbirlərində tibbi maska tələbi mütləqdir. Çünki həmin məkanlarda yoluxma riski və COVID daşıyıcıları ola bilər. Bu, həm də onunla bağlıdır ki, 50 nəfərədək olan tədbirlərdə COVID-19 pasportu tələb olunmur".

Milli.Az unikal.org-a istinadən bildirir ki, bunu Daxili İşlər Nazirliyinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

Onun sözlərinə görə, 50 nəfərdən 150 nəfərədək olan toy, nişan və ad günü tədbirlərində isə tibbi maska tələbi yoxdur:

"Çünki həmin məkana daxil olan şəxsin mütləq qaydada COVID-19 pasportu yoxlanılacaq".

DİN rəsmisi bildirib ki, 50 nəfərədək olan toy, nişan və ad günü tədbirlərində rəqs edərkən maska taxmaq zəruri deyil:

"Yəni, ictimai iaşə obyektlərinin fəaliyyəti ilə bağlı əvvəlki norma necə idisə, həmin norma qüvvədə saxlanılıb".

Milli.Az


Etiketlər:  Toylarda rəqs edərkən maska taxmaq məcburi olacaq RƏSMİ CAVAB


RƏYLƏR