Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənilərdən növbəti GÜLÜNC İDDİA - Avropanı biz yaratmışıq - VİDEO

Ermənilərdən növbəti GÜLÜNC İDDİA - Avropanı biz yaratmışıq - VİDEO

Tarix: 29 Iyun 2021 12:00

Son 20 ildə Azərbaycanın apardığı dövlət siyasəti Ermənistanı nəinki müharibə meydanında, bütün sahələrdə ağır məğlubiyyətə uğradıb. Son 44 günlük savaş isə hayların erməniçilik "ənənələrindən" - ərazi iddialarından ən azı 30-40 il əl çəkməsi üçün kifayət qədər böyük səbəblər yaratsa da, bu qaraçı tayfa həqiqətən də əqidəsinə sadiq qalacaq kimi görünür. Belə ki, Azərbaycan Ordusunun 30 illik işğala son qoyaraq doğma yurd-yuvasından qovub çıxardığı ermənilər indi nəinki tək Azərbaycan, Türkiyəyə qarşı ərazi iddiası səsləndirir, hətta bütün Avropanın onların adı ilə bağlı olduğunu bildirir. Bu cür polifagiya ilə çıxış edən şəxsin kimliyini biraz araşdırdıqdan sonra, düzü, çox da təəccüblənmədim. Söhbət kinorejissor, ssenarist və prodüser Tiqran Xzmalyanın etdiyi açıqlamalardan gedir. 

Son vaxtlar Rusiyadakı erməni diasporasının təbliğat maşınına dönən "ТВ Центр" telekanalında Ermənistanın tarixi ilə bağlı hazırlanan süjetdə "Avropanın əsasını ermənilər qoyub. Yunan mifologiyalarına nəzər salsaq, orada da bu barədə məlumatlara rast gələrik" deyən erməni kinorejissor bir daha miflərlə yaşadıqlarını təsdiq etdi. Tiqran Xzmalyan o şəxsdir ki, vaxtilə "Amerikanı Amerika edən orada yaşayan ermənilərdir" açıqlaması ilə özünü və erməniləri gülüş predmetinə çevirmişdi. 

Buradan bir daha belə bir nəticə çıxır ki, ermənilər harada köçüb yaşamalarından asılı olmayaraq həmin ərazini öz torpağı hesab edirlər. Tarixə nəzər saldıqda da köçəri tayfa olduqları, heç vaxt öz əraziləri olmadıqları üçün yaşadıqları əraziləri özlərinə məskən, yurd sayan ermənilərə görə harada yaşadıqlarının fərqi yoxdur, hər yer onlara "vətəndir". Bu faktlar bir daha təsdiq edir ki, hələ də "dənizdən dənizə Ermənistan" xülyası ilə yaşayan ermənilər təkcə Cənubi Qafqaz regionu, türk dünyası üçün yox, bütün dünya sivilizasiyası üçün əsl təhdid mənbəyidir. Tarixi saxtalaşdırmağı, özününküləşdirməyi heç kim onlar qədər bacarmır.

Hər fürsətdə hər kəsə ormanların, kainatın ən qədim canlıları olduğunu sübut etməyə çalışan bu məxluqat zaman-zaman yedikləri qaba tüpürməyi də məharətlə bacardıqlarını nümyiş etdirib. Bu gün Azərbaycan-Ermənistan sərhədi boyu Rusiya qoşunlarının yerləşdirilməsi üçün əllərindən gələni əsirgəməyən, nə debil olduqlarını bildiklərindən Kremlin vassalı olmadan Cənubi Qafqazda azad, müstəqil yaşamağın onlar üçün mümkünsüz olduğunu düşünən Ermənistanın bir çox siyasətçiləri kimi Tiqran da Rusiyaya "getmə gözümdən, gedərəm özümdən" yanaşması ilə seçilir. Amerika Erməni Assambleyasında siyasi analitik vəzifəsində çalışan bu şəxs bu yaxınlarda Rusiyanın ali rəhbərliyini psix adlandırması ilə diqqət çəkmişdi. Ermənistanın bütün bədbəxtliyində Rusiya hakimiyyətini günahlandıran siyasətçi çarəni onları ölkəsindən qovmaqda gördüyünü demişdi.

Paşinyan möcüzəyə ümid edir - Azərbaycanın güzəşt limiti sona çatdı

Bəlkə də Rusiya XVIII əsrin əvvəllərindən Cənubi Qafqaza köçürərək təzyiq vasitəsi, öz maraqları üçün istifadə etdiyi bu tayfanın bir gün nəinki region, dünya üçün təhdidə çevriləcəyini düşünmürdü, heç üzünə də dayanacağını ağlından keçirmirdi. Amma həyat bumeranqdır...

Təhməz Əsədov


Etiketlər:  Ermənilərdən növbəti GÜLÜNC İDDİA Avropanı yaratmışıq VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ