Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhid Bəhruz Əhmədovun doğum günü idi - VİDEO

Şəhid Bəhruz Əhmədovun doğum günü idi - VİDEO

Tarix: 29 Iyun 2021 12:24

Mənfur düşmənə qarşı döyüşlərdə mərdlik göstərərək şəhidlik zirvəsinə ucalanlardan biri də igid Bəhruz Əhmədovdur.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Bəhruz Əhmədov 1997-ci ildə Sabirabad rayonunun Balakənd kəndində anadan olub.

Ordu sıralarına könüllü yazılaraq Vətən müharibəsinin ilk günlərindən cəbhəyə yollanan  Bəhruz  Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı uğrunda döyüşlərdə iştirak edib.

Bəhruz Əhmədov torpaqlarımızın azad edilməsində böyük şücaət göstərib. Neçə-neçə yaralı yoldaşını döyüş meydanından çıxarıb. Bəhruzun növbəti və son fədakarlığı oktyabrın 21-i olub.

Yaralı döyüş yoldaşının silahını götürərək önə atılıb. Son damla qanına qədər döyüşərək təkbaşına xeyli irəliləyib, düşmən qüvvələrini  məhv edib. Snayper gülləsinə tuş gələn qəhrəman Vətən oğlu 19 oktyabr tarixində şəhidlik zirvəsinə ucalıb.

Şəhidimizin doğum gününü ailəsi onsuz qeyd edir. Bəhruz Əhmədovun  24 yaşı tamam olduğu üçün  məzarı  ziyarət olunub.

O, ölümündən sonra "Vətən uğrunda" "Cəsur döyüşçü" və "Qubadlının azad olunmasına görə " medalları ilə təltif edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Şəhid Bəhruz Əhmədovun doğum günü VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ