Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mbappe üzr istədi

Mbappe üzr istədi

Tarix: 29 Iyun 2021 18:20

Fransa millisinin futbolçusu Kilian Mbappe Avro-2020-nin 1/8 finalında İsveçrəyə uduzduqları oyunu (3:3, penaltilər seriyası - 4:5) şərh edib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, komandanın sonuncu penalti zərbəsini düzgün yerinə yetirə bilməyən 22 yaşlı hücumçu özünün "İnstaqram" səhifəsində yazıb:

"Bunu unutmaq çətin olacaq. Penaltini qaçırdığım üçün məyusam. Buna görə üzr istəyirəm. Komandaya kömək etmək istədim, amma heç nə olmadı. Yuxuya getmək çətin olacaq, amma təəssüf ki, bu idman növünün enişli-yoxuşlu hissələri var. Bilirəm ki, siz azarkeşlər məyus oldunuz, amma yenə də dəstəyiniz və hər zaman bizə inandığınız üçün sizə təşəkkür etmək istərdim. Ən əsası qarşıdakı turnirlər üçün daha da güclənməkdir. İsveçrəni təbrik edirəm və uğurlar arzulayıram".


Etiketlər:  Mbappe üzr istədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ