Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2021 20:26
Türkiyədə mütəşəkkil cinayətkar qruplar yaradaraq onlara rəhbərlik etməkdə təqsirləndirilən Sedat Pekerin işi ilə bağlı yeni detallar üzə çıxıb.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, istintaq araşdırmaları nəticəsində 4 il əvvəl törədilmiş qalmaqallı bir qətllə bağlı yeni dəlillər aşkarlanıb.
Qeyd edilir ki, 4 il ərzində araşdırmalar aparılıb və 2017-ci ildə İstanbulda törədilmiş bir cinayətlə əlaqədar qaldırılmış istintaq işində Sedat Pekerin rəhbərlik etdiyi cinayətkar qrupa bağlı olduğu iddia edilən 13 şübhəlidən 10-u həbs olunub.
Xatırladaq ki, artıq bir müddətdir Sedat Pekerin adı Türkiyədə əsas müzakirə mövzusuna çevrilib. Mütəşəkkil cinayətkar qrup yararmaqda təqsirləndirilən və ölkəni tərk edən bu şəxsə qarşı artan maraq onun İnternetə yerləşdirdiyi videoları ilə izah olunur. Sedat Pekerin Dubayda olduğu deyilir. Əvvəllər isə, Türkiyədə bir neçə dəfə cinayət məsuliyyətinə cəlb olunub.