Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AVRO-2020 ən məhsuldar turnir kimi tarixə düşdü

AVRO-2020 ən məhsuldar turnir kimi tarixə düşdü

Tarix: 30 Iyun 2021 05:00

AVRO-2020-nin 1/8 final mərhələsinin oyununda vurulan qollar futbol üzrə Avropa Çempionatlarının tarixinə rekord məhsuldar nəticə kimi düşüb.

Milli.Az big.az-a istinadən xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Belə ki, Xorvatiya yığmasının futbolçusu Mislav Orşiçin 1/8 final mərhələsində İspaniyanın qapısına endirdiyi dəqiq zərbə turnirdə 109-cu qolu olub.

Beləliklə, AVRO-2016-dakı 108 qolluq rekord yenilənib.

Qeyd edək ki, AVRO-2020-nin final oyunu iyulun 11-də Londonda yerləşən Uembli stadionunda baş tutacaq.

Milli.Az


Etiketlər:  AVRO 2020 ən məhsuldar turnir kimi tarixə düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ