Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2021 11:00
Sosial mediada Şebnem Tüfekçi adlı gənc qız İstanbulda küçədə şort geyindiyi üçün ona reaksiya göstərən şəxsin videosunu paylaşıb.
Sonxeber.net haberler.com-a istinadən xəbər verir ki, videodakı şəxsin Tüfekçi və atasına qarşı təhqir etdiyi aydın eşidilir.
Sosial media videoya sərt reaksiya verib. Tüfekçi həmin şəxsə ailəsinin belə şort geyinməsinə müdaxilə etmədiyini və videodakı şəxsin ona müdaxilə etmək hüququnun olmadığını bildirsə də, həmin şəxs Tüfekçi və atasına təhqir edib. "Utanmaz" deyə qızın üstünə qışqırıb. Bir çox sosial media istifadəçisi, həmin şəxsin gənc qıza müdaxiləsinin və təhqir etməsinin səhv olduğunu vurğulayaraq videonu paylaşıb.
Kamran Seyidov