Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2021 11:54
Meliorasiya və Su Təsərüfatı ASC-nin Şirvan şəhərindəki Meliorasiya Mexaniki Təmir Zavodunun işçiləri 6 aydır əmək haqlarını ala bilmirlər. Onlar bu ilin yanvar ayından hər gün işə gəlsələr də, indiyədək maaşları verilməyib. "XəzərXəbər" problemin səbəblərini araşdırıb.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Şirvan şəhərində fəaliyyət göstərən Meliorasiya Və Mexaniki Təmir zavodu əsasən meloservis fəaliyyəti göstərir. Burdakı işçilər uzun illərdir çalışırlar. Onlar bildirir ki, 6 ay bundan əvvələ qədər əmək haqlarını vaxtında alıblar. Lakin son dövrlər, daha dəqiq desək 2021-ci ilin yanvar ayından maaşlarını ala bilmirlər.
İşçlərin əmək haqları ilə bağlı yaranmış problemlə bağlı zavod rəhbərliyinə də, dəfələrlə müraciət edilib.
Müəssisədən isə "XəzərXəbər"ə bildirdilər ki, ilin əvvəlindən işlər tender vasitəsi ilə aparılır. Maaşlarda da bu səbəbdən problem yaranıb.
Qurumdan onu da bildirdilər ki, növbəti ayın əvvəllərində maliyyə hesabatı açıldıqdan sonra əmək haqlarının ödənilməsinə başalnılacaq.