Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sevgilisi 12 nəfəri yaralayan aktrisa polisə aparıldı

Sevgilisi 12 nəfəri yaralayan aktrisa polisə aparıldı

Tarix: 30 Iyun 2021 12:00

Aktrisa Ayşegül Çınarla sevgilisi Furkan Çalıkoğlu arasında növbəti dəfə mübahisə yaşanıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, gecə saatlarında Beyoğlundakı otellərdən birinin restoranında Ayşegül və Futkan arasında yaranan mübahisə davaya çevrilib. Restoran işçiləri onları sakitləşdirməyə çalışıb. Bu zaman Furkan əlindəki bıçaqla onlara hücum edib. Nəticədə 5 otel işçisi və hadisə yerinə müdaxilə etmək üçün gələn 7 polis əməkdaşı yaralanıb. Hadisənin ardından Ayşegül Çınar və sevgilisi Furkan Çalıkoğlu Polis İdarəsinə aparılıb.

Ayşegül polis bölməsinə aparılmadan öncə kameralara "Salam, məkanda bizə hücum etdilər. Cənab qaçdı, indi bizi tuturlar'' deyib.


Etiketlər:  Sevgilisi nəfəri yaralayan aktrisa polisə aparıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ