Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İngiltərədə təyyarə qəzaya uğrayıb, ölənlər var

İngiltərədə təyyarə qəzaya uğrayıb, ölənlər var

Tarix: 1 Iyul 2021 08:34

İngiltərənin Qərbi Sasseks qraflığında yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə yerli polis bildirib.

"Təəssüf ki, günorta vaxtı yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki kişi ölüb", - deyə polisin açıqlamasında qeyd olunur.

Ölənlərin 65 və 58 yaşlarında olduqları bildirilir. Qəzanın səbəbləri barədə hələ məlumat verilməyib.


Etiketlər:  İngiltərədə təyyarə qəzaya uğrayıb ölənlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ