Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Microsoft” korporasiyası “Skype” istifadəçiləri arasında danışıqların dinlənilməsini etiraf edib

“Microsoft” korporasiyası “Skype” istifadəçiləri arasında danışıqların dinlənilməsini etiraf edib

Tarix: 8 Avqust 2019 14:36

"Google" və "Apple"dan sonra öz istifadəçilərini dinləyən korporasiyaların siyahısına "Microsoft" da qoşulub. İnternetdə "Skype"ın səs yazılarının üçüncü şəxslərə ötürülməsi haqqında informasiya yayılıb. Şirkət səsli məlumatların podratçılara ötürüldüyünü etiraf edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, "Microsoft"un podratçıları tərəfindən "Skype" istifadəçiləri arasında danışıqların səs yazılarının dinlənilməsi haqqında "Vice" dərgisinin məlumatına cavab olaraq şirkətin rəsmisi bildirib ki, bu prosedur həmin xidmətlərin məxfilik siyasətində şəffaf şəkildə təsvir edilib və istifadəçilərin eyniləşdirmə məlumatları səsli fraqmentlərin podratçılara təhlil üçün ötürülməsindən öncə silinir.

 

"Bu səs yazılarını sizinlə paylaşmaq imkanı ABŞ şirkətinin istifadəçilərin məlumatlarının müdafiəsinə etinasız yanaşmasını göstərir" – "Vice" dərgisi jurnalistlərə səsli yazıları təqdim etmiş "Microsoft"un adsız podratçısının sözündən sitat gətirib.

 

Emil Hüseynov




Etiketlər:  Microsoft korporasiyası Skype istifadəçiləri arasında danışıqların dinlənilməsini etiraf edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ