Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2021 11:30
Aidiyyəti qurumlar yolun tezliklə təmir olunacağını deyir
Sonxeber.net Real TV-ə istinadən bildirir ki, Yevlax rayonu Əcəmi kənd sakini Cabbar Bayramov deyir ki, kəndin yol problemi onun əsəblərini tamamilə tarıma çəkib. Kənd sakinlərinin sözlərinə görə, bu yaşayış məntəqəsinin yolu bineyi qədimdən asfalt üzü görməyib. Artıq illərdi əcəmililərin dərdinə çevrilən yolsuzluq insanların yayda toz-torpaq, qışda isə palçıq içində olmalarına səbəb olur. Böyük əziyyət çəkən kənd sakinləri bu problemlərinin tezliklə həll olunmasını, nəhayət ki yollarının asfaltlanması ilə ağ günə çıxacaqlarını səbirsizliklə gözləyirlər.
Yolun bu vəziyyətdə olmasından nəinki böyüklər, elə kəndin balaca sakinləri, əsasən də məktəblilər əziyyət çəkirlər. Sürücülər isə torpaq yolda hərəkətin dözülməzliyindən şikayətlənirlər.
Sakinlərin şikayəti ilə bağlı sualımızı Yevlax rayon İcra hakimiyyətinin Əcəmi kənd inzibati-ərazi dairəsinin nümayəndəsi Şahin Əliyev cavablandırdı.
Əcəmililərin yolsuzuq problemini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən də soruşduq.
Deməli, əcəmililərə hələ indən belə də yollarının təmir olunub istifadəyə veriləcəyi günü səbirsizliklə gözləmək qalır.