Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zəlzələdən ziyan çəkmiş ev - VİDEO

Zəlzələdən ziyan çəkmiş ev - VİDEO

Tarix: 1 Iyul 2021 11:50

FHN: Vətəndaş bərpa işinin aparılmasından imtina edib

Milli.Az Real TV-ə istinadən bildirir ki, 019-cu ildə Ağsuda baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində bir sıra tədbirlər görülsə də, hələ də bu ərazidən olan şikayətçilər qalmaqdadır. Bunlardan biri də Daşdəmirbəyli kənd sakini Tərxan Hüseynovdur. Onun çiy kərpicdən tikilmiş evinin vəziyyətini hətta uzaqdan görmək kifayətdir ki, ağlına bir sual gəlsin: "Axı burada necə yaşamaq olar?"

Elə ailə də deyir ki, bu evdə mümkün olduğu qədər az vaxt keçirməyə çalışırlar. Axı bir toxunuşdan uçub gedən bu evin tamamilə çökməyəcəyinə kim zəmanət verə bilər? Zaman-zaman belə təhlükəli anlar yaşanır da. Ev sakinləri, xüsusilə uşaqlar artıq səksəkə içində yaşamaqdan beziblər. Ev sakinlərindən söz düşmüşkən, onlardan biri də ailənin oğlu Nemət Hüseynovdur. O həm Aprel, həm də Vətən müharibəsinin iştirakçısıdır. "Laçının azad olunmasına görə" medalı ilə təltif edilmiş Nemət hazırda səhhətindəki problemlərə görə müalicə alır. Biz isə onun valideynlərini dinləyək.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə ünvanlanmış müraciətin cavabı diqqət çəkdi. Belə ki, Tərxan Hüseynov özü vaxtilə təmir-bərpa işlərindən imtina edibmiş.

Ailəyə bu problemə görə yenidən əlaqədar qurumlara rəsmi müraciət etmələrini tövsiyə edirik.

Milli.Az


Etiketlər:  Zəlzələdən ziyan çəkmiş VİDEO


RƏYLƏR