Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2021 20:30
ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı ifaçı Zeynəb Həsəni olub.
Sonxeber.net xəbər verir ki, məşhur müğənni, həmkarı Türkan Vəlizadə haqqında maraqlı açıqlamalar edib:
"Türkanla bəlkə haçansa barışarıq. Kinli deyiləm. Onunla danışmasaq da toyuna çağırmasa belə gedərəm. Çünki onun yaxşılığını istəyirəm. Gecə saat neçə olur olsun, harada olmağımdan asılı olmayaraq onun köməyinə gedərəm. Üçümüzdə də liderlik iddiası vardı. Bəlkə də buna görə bir arada qala bilmədik. Türkanın əvvəldən bir arzusu var. Ailə qurmaq istəyir. İnşallah o arzusuna yetər".