Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağstafa sakinləri ədalət tələb edirlər

Ağstafa sakinləri ədalət tələb edirlər

Tarix: 2 Iyul 2021 11:26

Redaksiyamıza müraciət edən Ağstafa rayonu Həzi Aslanov qəsəbə sakinləri üzləşdikləri problemin həll olunmasında yardımçı olmağımızı xahiş ediblər.

Qəsəbə sakinləri bildirblər ki, rayonda torpaq islahatı başa çatsa da, yaşadıqları qəsəbədə bu sahədə problemlər qalır. Sakinlər bildirir ki, qəsəbədə yerləşən və 600 hektar sahəsi olan müəssisə dövlətin müvafiq qurumlarını aldadaraq onlara qanuni pay torpağının verilməsində maneçilik yaradıb.

Sakinlər məktubda iddia edirlər ki, Bakı sakini  Rauf Azər oğlu Əhmədov Aqrar Dövlət İstehsalat Emal Birliyinin bəzi əməkdaşları ilə əlbir olaraq 2020-ci ildən onların 37 ha əkin sahəsini və örüş yerlərini, istixana binalarını mal-qara tövləsi edərək, Muğanlı kənd sakini Əhmədov Məhədə uzunmüddətı icarəyə verib.

Qeyd ediblər ki, dəfələrlə Ağstafa İcra Hakimiyyətinə problemlərinin həlli ilə bağlı müraciət etsələr də, məsələ həllini tapmayıb.

Sonxeber.net olaraq məsələ ilə bağlı rayon İcra Hakimiyyətinin, elcə də, məktubda adı çəkilən tərəfin də mövqeyini dərc etməyə hazırıq.


Etiketlər:  Ağstafa sakinləri ədalət tələb edirlər


RƏYLƏR