Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2021 13:54
Rusiyanın "Rossiya-1" telekanalının qalmaqallı "60 dəqiqə" proqramında rusiyalı politoloq Andrey Sidorçukla ukraynalı jurnalist Dmitri Qalkin arasında münaqişə yaşanıb.
Sonxeber.net mk.ru-ya istinadən xəbər verir ki, tok-şounun aparıcısı Yevgeni Popov teleqram-kanalında bununla bağlı müvafiq videonu yerləşdirib. Ehtiraslar reklam pauzası zamanı qızışıb. Sidorçuk jurnalistə yaxınlaşıb və su dolu stəkanı onun üstünə tullayıb. Bundan sonra dava baş verib. Bəlli olub ki, Qalkin Sidorçuku faşist adlandırıb.
Kamran Seyidov