Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Toy aparan müğənnilər vaksin vurdurub?

Toy aparan müğənnilər vaksin vurdurub?

Tarix: 2 Iyul 2021 19:10

Xəbər verdiyimiz kimi, Covid-19 pasportu olmayan müğənnilərin və aparıcıların toy məclisinə gedilməsinə icazə verilməyəcək. İyulun 1-dən toyların keçirilməsinə icazə verildikdən sonra sənət adamlarının əksəriyyəti peyvənd etdirməyə yollanıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  peyvənd etdirən və etdirməyən tanınmışları təqdim edir:

Ötən gün qatıldığı toy məclisindən görüntülər yayımlayan meyxanaçı Pərviz Bülbülə vaksinin ilk dozasını vurdurub. Bu haqda ifaçının köməkçisi deyib.

Müğənni Ayan Babakişiyeva bu gün vaksin etdirdiyi anın görüntüsünü yayımlayıb. "Məncə hər kəs öz sağlamlığı ilə birlikdə sevdiklərini də qorumalıdır" deyə, ifaçı paylaşımında yazıb.

Müğənni Elton Hüseynəliyev hələ karantin vaxtı evdə keçirilən məclislərə qatıldığını demişdi. Sənətçi Elton Hüseynəliyev 2 gün əvvəl vaksin etdirib. Görüntüsünü sosial şəbəkədə paylaşan sənətçi hər kəsi peyvəndlənməyə çağırıb.

Toy məclislərindən ən çox görüntü yayımlayan müğənni Şəbnəm Tovuzlu isə vaksini Moskvada etdirdiyini deyib. "Əgər lazım gələrsə Bakıda da peyvənd vurduracam" deyə, ifaçı söyləyib.

Müğənni Sevinc Ağaşirinova ikinci dozanı bu gün vurdurub. O, "Yeni dostum, bədənimə xoş gəldin" deyərək, həmin anın görüntüsünü yayımlayıb.

Ötən gün xına məclisinə gedən və oradan görüntülər yayımlayan müğənni Xatun Əliyeva da vaksin etdirənlər sırasındadır. Bu haqda sənətçinin prodüseri Pənah Eldar deyib.

Xalq artisti Miri Yusif, Röya Ayxan da vaksin etdirənlər sırasındadır. Hətta hər iki müğənninin peyvənd vurdurması qalmaqala səbəb olmuşdu. Belə ki, Röya peyvəndlənmə ilk başlayan və 65 yaşdan yuxarı şəxslərə vurulan zaman etdirmişdi. O, klinikaların birinin işçisi olduğu üçün peyvənd olunduğunu açıqlamışdı.

Miri Yusif isə sağ qoluna peyvənd vurulması ilə gündəmə gəlmişdi.

Hər gün xına məclisləri aparan rəqqasə Fatimə Fətəliyeva da vaksin vurdurduğunu bildirib.

Milli.Az


Etiketlər:  Toy aparan müğənnilər vaksin vurdurub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ