Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2021 20:08
Məşhur sosial media platforması olan İnstaqramın formatı dəyişir.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu barədə platformanın rəhbəri Adam Mosseri açıqlama yayıb. O bildirib ki, artıq İnstaqram foto paylaşılan tətbiq deyil.
"TikTok" və "YouTube" kimi platformalarla rəqabətə girəcəklərini vurğulayan Mosseri, ənənəvi kvadrat formasında paylaşılan görüntülərin yerini tam ekran videoların alacağını bildirib. O, İnstaqramı daha əyləncəli tətbiqə çevirmək istiqamətində atılan yeniliyin bununla bitməyəcəyini də açıqlayıb.
Eyni zamanda platformanın alış-veriş və mesaj bölmələrində də yeniliklər gözlənilir. Sözügedən yeniliklər yaxın aylarda istifadəçilərə təqdim olunacaq.