Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Britaniyalı milyarder iyulun 11-də suborbital kosmik uçuşunu həyata keçirəcək

Britaniyalı milyarder iyulun 11-də suborbital kosmik uçuşunu həyata keçirəcək

Tarix: 2 Iyul 2021 21:52

"Virgin Galactic" kompaniyasının rəhbəri, Britaniyalı milyarder Riçard Brenson öz firmasına məxsus "Unity-22" kosmik gəmisində suborbital kosmik uçuşunu həyata keçirəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Unity-22" kosmik gəmisinin ekipajla birlikdə ilk sınaq uçuşu iyulun 11-nə planlaşdırılır. "Unity-22" 16 kilometr yüksəklikdə daşıyıcı raketdən ayrılaraq iki saatdan çox vaxt fəzada qalacaq.

"SpaceShipTwo" seriyasından olan kosmik gəmi müntəzəm suborbital turizm uçuşları üçün nəzərdə tutulub. Onun göyərtəsində uçacaq altı sərnişin Yer kürəsini 100 kilometr yüksəklikdən görmək və bir neçə dəqiqə çəkisizlik vəziyyətini yaşamaq imkanına malik olacaq.

Qeyd edək ki, bir müddət öncə "Blue Origin" kompaniyasının sahibi Ceff Bezos iyulun 20-də qardaşı Mark ilə birgə "New Shepard" kosmik gəmisində kosmosa uçacağını deyib. Həmçinin onunla birlikdə auksionda 28 milyon dollara bilet qazanan şəxs və 1960-cı illərdə qadınlar üçün nəzərdə tutulan kosmik proqramının ən gənc məzunu 82 yaşlı amerikalı Uelli Fank da kosmosa səyahət edəcək.

Milli.Az


Etiketlər:  Britaniyalı milyarder iyulun 11 suborbital kosmik uçuşunu həyata keçirəcək


RƏYLƏR