Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda COVİD-19-u gizli keçirənlərlə bağlı qaydalar hazırlanır

Azərbaycanda COVİD-19-u gizli keçirənlərlə bağlı qaydalar hazırlanır

Tarix: 2 Iyul 2021 22:14

"Peyvənd təminatı ilə bağlı Azərbaycanın istehsalçılarla razılıqları var".

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Soltan Məmmədov deyib. O bildirib ki, peyvəndlərin həm yararlılıq, həm də saxlanma müddəti nəzərə alınaraq birdəfəlik gətirilməsi məqsədəuyğun sayılmır: "Peyvəndlər partiyalarla gəlir. Ona görə 16 milyon doza peyvəndin ölkədə təminatı ilə bağlı heç bir problem olmayacaq. Bu gün faktiki olaraq bütün Avropa ölkələri ÜST-ə daxildirlər. Onlar ÜST tərəfindən qeydiyyatdan keçmiş peyvəndləri öz peyvənd cədvəllərinə daxil edib, Azərbaycan da həmçinin ancaq ÜST tərəfindən qeydiyyatdan keçmiş peyvəndləri istifadə edir.

Buna görə Avropa ölkələri ÜST tərəfindən qeydiyyatdan keçmiş peyvəndləri vurduranların COVID pasportunun qəbul olunmasını təmin edəcəklər. Onların başqa yolu yoxdur. Bu gün hər hansı Avropa ölkəsi bir peyvəndə üstünlük verirsə, o demək deyil ki, digər peyvəndi pasport kimi qəbul etməyəcək. Sadəcə bu, vaxt məsələsidir. Əgər ÜST tərəfindən tanınırsa, demək keyfiyyətlidir və Avropa İttifaqı tərəfindən tanınmalıdır. Lakin ikili standartlar həmişə mövcuddur. Ola bilər ki, bəzi Avropa ölkələri yenə öz daxili qaydaları çərçivəsində müəyyən peyvəndi qəbul etməsinlər. Bu, yenə də onların ikili standartları və maraqları baxımından müəyyən siyasət həyata keçirməsinə gətirib çıxara bilər".

S. Məmmədov qeyd edib ki, koronavirusu gizli keçirənlər, anticisimlər yarananlar COVİD pasportu əldə edə bilmirlər: "İstər TƏBİB, istərsə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bunu anlayır. Bu insanın yoluxma vaxtı, yoluxubsa onda antitellərin hansı müddətdə öz təsirini saxlaması kimi suallar elmi cəhətdən düzgün standartların hazırlanmasına gətirib çıxaracaq. TƏBİB və Operativ Qərargahla gündəlik müzakirəmiz nəticəsində bildirilib ki, bunun üzərində iş gedir.

Əminəm ki, bu insanların problemləri kənarda qalmayacaq. Tezliklə lazımi qaydalar hazırlanacaq. Lakin bu gün anticisimləri olan insanların belə peyvənd olunması əks göstəriş deyil. Anticisimlər olduğu halda belə həmin insanların peyvənd vurdurması məsləhətdir və bu şəkildə asanlıqla COVID pasportunu əldə edə bilərlər".


Etiketlər:  Azərbaycanda COVİD gizli keçirənlərlə bağlı qaydalar hazırlanır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ