Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2021 07:28
Bu gün Avro-2020-də 1/4 final mərhələsinə start verilib
İlk oyun günündə 2 matç keçirilib.
Əvvəlcə İsveçrə İspaniya ilə üz-üzə gəlib Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada hesab dəyişmədiyinə görə qalib penaltilər seriyasında müəyyənləşib. Penaltilər seriyasında 3:1 hesabı ilə qalib gələn İspaniya yarımfinala yüksəlib.
Günün digər oyununda isə Belçika İtaliya ilə qarşılaşıb. İtaliya rəqibinə 2:1 hesabı ilə qalib gələrək yarımfinala adlayıb.
Beləliklə, 1/2 finalda İtaliya İspaniya ilə qarşılaşacaq.
Qeyd edək ki, sabah keçiriləcək iki görüşlə 1/4 finala yekun vurulacaq və yarımfinalın son cütlüyü də müəyyənləşəcək.
Avro-2020, 1/4 final
2 iyul
23:00. Belçika - İtaliya - 1:2
Qol: Barella, 31 (0:1), İnsinye, 44 (0:2), Lukaku, 45+2 pen. (1:2)
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Münhen, "Münhen Futbol Arenası"
20:00. İsveçrə - İspaniya - 1:1 (Penaltilər seriyası - 1:3)
Qollar: Zakariya, 8-avtoqol (0:1), Şakiri, 68 (1:1)
Qırmızı vərəqə: Freuler, 78 (İsveçrə)
Baş hakim: Maykl Oliver (İngiltərə)
Sankt-Peterburq, "Sankt-Peterburq Arena"
Penaltilər seriyası
İspaniya: -+-++
İsveçrə : +---
3 iyul
20:00. Çexiya - Danimarka
Baş hakim: Byorn Kuypers (Niderland)
Bakı, Bakı Olimpiya Stadionu
23:00. Ukrayna - İngiltərə
Baş hakim: Feliks Brix (Almaniya)
Roma, Olimpiya Stadionu