Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2021 10:24
Çinin cənub-şərqindəki Szyansi əyalətində baş vermiş daşqınlar 1 milyondan çox insanın həyat şəraitinə ziyan vurub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "Xinhua" agentliyi daşqın və quraqlığa nəzarət üzrə regional qərargaha istinadən xərəb verib.
Szyansidə baş verən daşqın bazar ertəsi günü başlayan leysan yağışlara səbəb olub. Su axınları 156 evi dağıdıb və 219 evə ziyan vurub. Daşqınların bölgəyə vurduğu ziyanın 1 milyard yuan (təxminən 160 milyon dollar) olduğu deyilir.
Əyalət rəhbərliyi təbii fəlakətlə mübarizə üçün 6 milyon yuan (təxminən 930 min dollar) vəsait ayırıb. Xilasedicilər artıq 63 min Szyansi sakinini təxliyə ediblər.