Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Futbol tarixinin ən önəmli transferi reallaşır - Eyni komandada görüşürlər

Futbol tarixinin ən önəmli transferi reallaşır - Eyni komandada görüşürlər

Tarix: 3 Iyul 2021 18:00

"Barselona" ilə müqaviləsi başa çatan və azad agent olan Lionel Messinin yeni klubu müəyyənləşir.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, argentinalı ulduz PSJ-yə keçməyə yaxındı. İspaniyanın AS nəşrinin iddiasına görə, Paris klubu Messiyə "Barselona"dakından yüksək maaş təklif edib və tərəflər arasında ilkin danışıqlar müsbət nəticələnib.

"Barselona"da maliyyə baxımından vəziyyət ürəkaçan deyil və bəzi yüksək ödənişli futbolçuların komandanı tərk etməsi gözlənilir. Messi də klubun indiyədək etdiyi təklifləri qəbul etməyib və yeni müqavilə imzalamayıb. Bu səbəbdən onun karyerası ərzində oynadığı yeganə klubu tərk etmək ehtimalı yüksəkdir.

Messi PSJ-yə keçsə, yenidən Neymarla birlikdə oynayacaq.

Milli.Az


Etiketlər:  Futbol tarixinin ən önəmli transferi reallaşır Eyni komandada görüşürlər


RƏYLƏR