Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"O dərəcə ağılsız deyiləm ki, qaçam" - Nigar Camal açıqladı

Tarix: 3 Iyul 2021 19:44

Müğənni Nigar Camal avtomobil qəzəsına düşməsi ilə bağlı açıqlama yayıb.

Milli.Az açıqlamanı təqdim edir: "Yayılan xəbərin bir qismi doğrudur: avtomobilimlə qəza keçirmişəm. Lakin hadisə yerini tərk etməyimin səbəbi qəzaya düşdüyüm insanı pis vəziyyətdə qoymaq, ona kömək etməmək olmayıb.

Həmin an zərərçəkən şəxs çox aqressiv idi, təhqir və söyüşlərdən istifadə edirdi deyə, hadisə yerindən uzaqlaşdım, dedim ki, əsəbiniz soyuyanda danışarıq.

Qəza baş verən yerdə hər yer kameradır. O dərəcədə ağılsız deyiləm ki, kimisə pis vəziyyətdə qoyam və kameralar çəkə-çəkə qaçam.

Şükür ki, hər şey yolundadır. Yaranan problem həll edilir. Kiçik bir qəza idi, oldu-keçdi. Bunu şişirtməyin yeri yoxdur.

Dəmir parçasıdır, onun da zərəri qarşılanacaq. Əsas can sağlığı olsun".

Milli.Az


Etiketlər:  O dərəcə ağılsız deyiləm ki qaçam Nigar Camal açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ