Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasını istəyir

Rusiya Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasını istəyir

Tarix: 4 Iyul 2021 00:15

"Rusiya tərəfi bu gün müəyyən qədər narahatdır. çünki son hadisələrdə biz həm Qərbin bir neçə addım ön plana çıxdığını gördük, eyni zamanda Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalandı və 10 noyabr bəyanatının əsas zəmanətçi ölkəsi olan Rusiya sanki poroseslərdən sanki bir qədər kənarda qalıb. Sanki onun iştirakı olmadan digər vasitəçilərin iştirakı ilə müəyyən məsələlər həll olunur. Bu da təbii olaraq Moskvada müəyyən narahatlığa səbəb olmalı idi".

Bunu Sonxeber.net-a Ermənistandakı parlament seçkilərinin nəticələrini şərh edən politoloq Ceyhun Əhmədli deyib.

Politoloq bildirib ki, Rusiya Qərb dövlətlərinin Cənubi Qafqazda sülhyaratma missiyasında iştirakında maraqlı deyil:

"Sergey Lavrovun Antalyada türk həmkarı Mövlud Çavuşoğlu ilə görüşü zamanı açıqladığı fikirlər, eyni zamanda Rusiya Prezidenti Vladimir Putinin mətbuat konfransı zamanı bəyan etdiyi bəzi fikirlər bu narahatlığı bir daha ortaya qoydu ki, Rusiya bundan sonra da bu proseslərdə aktiv şəkildə iştirak etmək istəyir. Rusiya Qərb dövlətlərinin sülhyaratma missiyasında iştirakında maraqlı deyil. Yəni, postkonflik reallıqlarında Qərb dövlətlərinə bir mesaj ötürdü ki, "Biz bu prosesləri nəzarətdə saxlayırıq. Üçtərəfli bir format var, Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan bütün problemləri həll etmək iqtidarındadır. Biz sərhədlərin müəyyən olunması məsələsində üzərimizə düşən bütün öhdəlikləri yerinə yetirəcəyik. Biz sərhəd problemlərinin aradan qaldırıkması nail olacağıq". Əslində bu, bir tərəfdən bizim üçün də faydalıdır ki, Rusiya hansısa bir müsbət addımı reallaşdırmaqla özünün dominant statusunu qabartmağa çalışır. Rəsmi Moskva indi çalışır ki, aktiv şəkildə sülh yaratma prosesində iştirak etsin. Əslində Rusiya anlayır ki, bunu etməsə daha da geri plana düşə bilər. Ona görə də bu, Rusiya üçün qaçılmaz bir zərurətə çevrilib ki, o, vasitəçilik missiyasını uğurla həyata keçirə bilsin".

Təhməz Əsədov


Etiketlər:  Rusiya Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasını istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ