Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2021 06:03
Gənc anaların uşaq dünyaya gətirdikdən sonra düşündükləri şey uşağı əmizdirmək və uşaq əmizdirərkən onu necə tutmaqdır. Bu sual sizi də düşünməyə məcbur edirsə, o zaman pediatrın dediklərini diqqətlə oxuyun.
"Laylay"duruşu
"Laylay" duruşda uşaq əmizdirmək ən çox istifadə edilən və klassik bir duruş tərzi hesab edilir. Bu zaman uşaq ananın qucağında laylay deyən zaman saxlanıldığı kimi saxlanılır. Bu vəziyyətdə uşaq oturaraq əmizdirilir. Bu zaman ana bir qolu ilə uşağın kürəyini qucaqlayaraq saxlayır, digər qolunu bükərək uşağın başının normal duruşunu təmin edir. İkinci qol bu zaman uşağa yastıq rolu oynayır. Bu cür əmizdirmə zamanı uşağın başının düz durmasını təmin etmək lazımdır. Bu cür əmizdirmə zamanı çalışıb çiyinləri dik saxlamaq lazımdIr. Çiyinlərin qabağa doğru əyilməsi döşün uşağın ağzını tutmasına səbəb olacaq və əmməni çətinləşdircək.
Bir qolun üstündə əmizdirmə
Bu zaman ana uşağı bir qolunun üstündə saxlayır və digər əli ilə uşağın ayaqlarını tutaraq özünə doğöru sıxıb saxlayır.
"Qoltuqaltı"duruş
Bu üsuldan ən çox keysəriyyə yolu vasitəsilə dünyaya uaşq gətirən analar körpələrini əmizdirirlər. Bu zaman ana oturaraq müəyyən istiqamətə doğru əyilir. Bu zaman uşaq ananın qolunun altında saxlanılır. Ananın qolu isə dizinin yanındakı yastığa dəstəklənir. Bu cür duruşla uşaq əmizdirdikdə ananın qarnına güc düşmür. Bu zaman uşağın başının vəziyyəti nəzarət altına alınır və döş giləsini uşağın ağzına normal yerləşib-yerləşməməsinə diqqət yetirilir. Bu üsul hərəkətli uşaqları əmizdirən zaman çətin olur.
İkiəllə qucaqlayaraq əmizdirmək
Bu üsulla uşaq adyalın və ya yorğanın içərisində olan zaman əmizdirilir. İkiəllə uşaq əmizdirən zaman ananın hər iki qolu əks tərəflərdən gələrək uşağın bel hissəssində birləşir. Bu zaman uşaağın başı ananın ovcunun içərisində saxlanılaraq yedizdirilir.
"Uzanaraq əmizdirmə"duruşu
Bu duruşla uşaq əmizdirərkən onu nəzarət altında saxlamaq daha rahat olur. " Beşikdə laylay" duruşu ilə uşaq əmizdirərkən ana uzanmış vəziyyətdə olur və onun körpəsi də yanında uzanaraq döş əmir. Bu zaman uşaq ananın döşünü asanlıqla tuta bilir. Bu duruşla ən çox yarımçıq doğulmuş uşaqları əmizdirirlər. Bu zaman ana üstdə qalan əli ilə uşağın belindən tutaraq onun üzünü özünə doğru çevirərək uşağını əmizdirir.
Mütəxəssislər anaları öz körpələrini eyni vəziyyətdə uzun müddət əmizdirməyi məsləhət bilmirlər. Uzun müddət eyni vəziyyətdə uşağı əmizdirmək uşağın əzələ və dərialtı toxumalarında deformasiyaların əmələ gəlməsinə səbəb ola bilir. Bunun üçün uşağı fərqli pozalarda tutaraq əmizdirmək lazımdır. Uşağı yedirən zaman ananın əhval-ruhiyəsinin yüksək olması uşağa təsir edir. Bu səbəbdən də çalışın əhval-ruhiyənizi daima yüksək saxlayın. Qoy sizin övladınız ana üdü ilə sağlam və xoşbəxt böyüsün.