Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ceyhun Bayramovun Rəşid Meredovla telefon danışığı oldu

Ceyhun Bayramovun Rəşid Meredovla telefon danışığı oldu

Tarix: 4 Iyul 2021 18:00

İyulun 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Milli.Az-a bildiriblər ki, telefon söhbəti zamanı nazirlər iki ölkə arasındakı əməkdaşlıq gündəliyi üzrə, o cümlədən ənənəvi dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi ilə bağlı aktual məsələlərə dair fikir mübadiləsi aparıblar.

Nazirlər, həmçinin regional təhlükəsizlik, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Cari il keçirilməsi nəzərdə tutulan Azərbaycan, Türkmənistan, Türkiyə yüksəksəviyyəli görüşünün əhəmiyyəti vurğulanıb.

Telefon danışığı zamanı, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Milli.Az


Etiketlər:  Ceyhun Bayramovun Rəşid Meredovla telefon danışığı oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ