Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2021 18:34
Narkotik məsələsi Türkiyəyə iki fərqli yöndən zərər verir.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə daxili işlər naziri Süleyman Soylu deyib.
"Birincisi, gənclərimizi zəhərləyir, ikincisi, PKK terror təşkilatı başda olmaqla, bütün cinayət təşkilatlarını qidalandırır. Miqrant qaçaqmalçılığı, terror təşkilatları, mafiya strukturlarının bununla əlaqəsi var. Bu səbəbdən də biz narkotiklə sağlam mübarizə aparmamış nə ölkəmizdə sülh və əmin-amanlığı tam təmin edə, nə də uşaqlarımızı qoruya bilərik. Türkiyə olaraq bu məsələdə qlobal təzyiq və məsuliyyət altındayıq. Dünyada bilinən heç bir narkotik maddənin əsas istehsalçısı Türkiyə deyil. Heç bir beynəlxalq hesabatda belə bir qeyd tapa bilməzsiniz. Türkiyə nə sintetik psixotrop maddələrin, nə heroin, nə də kokainin ana vətənidir. Bunların hamısı bəzi qaranlıq qurumlarla qapımıza gələn zəhərlərdir", - deyə Soylu bildirib.