Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2021 21:40
Böyük Britaniya kraliçası II Elizabet 73 il bundan öncə əsası qoyulan Milli Səhiyyə Xidmətini "Georgi xaçı" ilə təltif edib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Milli Səhiyyə Xidmətinin koronavirus pandemiyası ilə mübarizə üzrə xidmətləri Böyük Britaniya və Britaniya İttifaqının ən böyük mülki mükafatına layiq görülüb. "Bu mükafat Milli Səhiyyə Xidmətinin keçmişdə və hazırda ölkənin dörd regionunda fəaliyyət göstərən bütün əməkdaşlarına təqdim olunur", - deyə kraliçanın məktubunda bildirilir.
Xidmətin rəhbəri Saymon Stivensin sözlərinə görə, qurumun işçiləri və yüz minlərlə könüllü koronavirus pandemiyası qarşısında böyük ruh yüksəkliyi, peşəkarlıq və mərhəmət də daxil olmaqla ən yaxşı keyfiyyətlərini nümayiş etdirib.
Qeyd edək ki, 1940-cı ildə Kral VI Georq tərəfindən təsis edilən bu mükafat o vaxtdan bəri yalnız üç dəfə ölkənin və ya hər hansı bir xidmətin kollektiv töhfələrinə görə təqdim olunub. 1942-ci ildə Malta xalqı, 1999-cu ildə isə Olster krallığının polis orqanları "Georgi xaçı"na layiq görülüb.