Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2021 14:56
"Kabildə Həmid Kərzai Beynəlxalq Hava Limanının istifadəsi və təhlükəsizliyinin təmini ilə bağlı qərar yoxdur, hazırda danışıqlar davam edir".
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
Əfqanıstanı "Asiyanın ürəyi" və əhəmiyyətli bir ölkə olaraq dəyərləndirən nazir deyib ki, Türkiyə ordusu 6 ildir NATO-nun "Qətiyyətli dəstək" missiyası çərçivəsində Həmid Kərzai Beynəlxalq Hava Limanında fəaliyyət göstərir: "Türkiyə Silahlı Qüvvələri hazırda vəzifəsinə Kabil Təlim-Tədris Dəstək Məsləhət Komandanlığı səviyyəsində icrasına davam edir".
Qeyd edək ki, keçən ayın 24-də ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) nümayəndə heyəti Kabildə Həmid Kərzai Beynəlxalq Hava Limanının təhlükəsizliyinin təmin edilməsində Türkiyənin rolu müzakirə etməklə bağlı Türkiyədə səfərdə olub.