Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2021 16:20
Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, "Azərenerji" ASC tərəfindən işğaldan azad edilən ərazilərdə elektroenergetika strukturunun yaradılması və respublika enerji sisteminə inteqrasiya edilməsi istiqamətində Qarabağ enerji strategiyası hazırlanıb.
Sonxeber.net xəbər verir ki, bu barədə Azərenerji ASC-nin şöbə rəisi Muxtar Mahmudov məlumat verib. Onun sözlərinə görə, Qarabağ enerji strategiyası özlüyündə hər bir rayonumuzda 110 kVt-lıq yarımstansiyaların tikintisini və onların yüksəkgərginlikli xətlərlə ölkə sisteminə inteqrasiyasını əhatə edir: "Məlumat üçün bildirmək istəyirəm ki, Qarabağ regionunda regional mərkəz kimi Ağdam şəhərinin seçildiyini nəzərə alaraq "Azərenerji" ASC Ağdamda 2 ədəd 110 kilovattlıq yarımstansiyanın tikintisinə başlanılıb. Gələcəkdə artım tələbatdan asılı olaraq yeni yarımstansiyaların tikintisi də mümkündür".
Qurum rəsmisi onu da bildirib ki, bu ilin sonuna qədər Qarbağ enerji strategiyası çərçivəsində bütün işğaldan azad olunmuş rayonlarımızda yarımstansiyalarımız fəaliyyət göstərəcək: "Bundan başqa, digər rayonlarımızda - Cəbrayıl, Zəngilan, Qubadlıda da 110 kVt-lıq yarımstansiyaların tikintisi davam etdirilir. Daha əvvəl isə Füzuli və Şuşada belə yarımstansiyaların açılışı olub. Həmçinin, kiçik su elektrik stansiyalarının bərpası istiqamətində də "Azərenerji" ASC tərəfindən işlər aparılır".