Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Lider’’in əməkdaşlarına təzminat ödəniləcəkmi?

“Lider’’in əməkdaşlarına təzminat ödəniləcəkmi?

Tarix: 6 Iyul 2021 20:38

Fəaliyyəti dayandırılan Lider TV-nin əməkdaşları onlara təzminat verilmədiyini bildirirlər.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, əməkdaşların bir neçəsi qeyd ediblər ki, telekanalın bağlanmasından bir aydan çox vaxt keçsə də, onlara qanunvericilikdə nəzərdə tutulan təzminat hələ də ödənilməyib.

"Lider" telekanalının ləğv olunma proseduru üçün inzibatçı təyin edilən Mikayıl Abbasov bildirib ki, məhkəmənin qərarı ilə Lider TV-yə məxsus olan avadanlıqlar satışa çıxarılıb:

"Hazırda məhkəmənin qərarı icra olunur. Yalnız avadanlıqlar satıldıqdan sonra əldə olunan vəsait hesabına təzminatlar və digər borclar ödəniləcək".


Etiketlər:  Liderin əməkdaşlarına təzminat ödəniləcəkmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ