Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zaqatala sakini bədbəxt hadisə nəticəsində ölüb

Zaqatala sakini bədbəxt hadisə nəticəsində ölüb

Tarix: 7 Iyul 2021 10:30

Zaqatalada 67 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, hadisə ötən gün axşam saatlarında rayonun Faldar kəndində baş verib.

Hadisə zamanı 67 yaşlı F. Durmuşovun başı tövlədə olan dəmir konstruksiyaya dəyib. Ağır qapalı kəllə-beyin travması alan F. Durmuşov yaxınlarının köməkliyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Həkimlərin səyinə baxmayaraq, o, aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Zaqatala sakini bədbəxt hadisə nəticəsində ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ