Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2021 13:25
Məşhur Hindistan aktyoru, rejissor və kinoprodüser Dilip Kumar (əsl adı Məhəmməd Yusif Xan) uzun sürən xəstəlikdən sonra 99 yaşında Mumbay xəstəxanasında vəfat edib.
Sonxeber.net "Press Trust of India" qəzetinə istinadla xəbər verir ki, aktyorun müalicə həkimi Dilip Kumarın yerli vaxtla saat 07:30-da dünyasını dəyişdiyini bildirib.
Hindistanın baş naziri Narendra Modi məşhur aktyorun ölümünə "Twitter" hesabında münasibət bildirib: "Dilip Kumar kino əfsanəsi kimi xatırlanacaq. Ona bir çox izləyici nəslini ovsunlayan misilsiz parlaqlıq bəxş edilmişdi. Dilip Kumarın ölümü sənət dünyası üçün böyük itkidir. Ailəsinə, dostlarına və saysız-hesabsız pərəstişkarlarına başsağlığı verirəm. Nur içində yatsın", - deyə Hindistan hökumətinin rəhbəri yazıb.
Mətbuat 63 filmdə çəkilmiş Dilip Kumarı dəfələrlə "Bollivud" tarixinin ən böyük aktyoru adlandırıb. O, əsasən də, 1960-1970-ci illərdə ekranlara çıxan "Böyük Moğol", "Ram və Şiam", "Şakti" və digər filmləri ilə tanınır.
Qeyd edək ki, kino karyerasına 1944-cü ildə baş rolla başlayan Dilip Kumar son dəfə 1998-ci ildə filmdə çəkilib.