Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qaxda avtomobil üç piyadanı vurub

Qaxda avtomobil üç piyadanı vurub

Tarix: 7 Iyul 2021 17:46

Qaxda minil maşın üç nəfəri vurub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə iyulun 6-dan 7-nə keçən gecə rayonun İlisu kəndi ərazisində, Səngər bulağı adlanan ərazidə baş verib.

Rayon sakini Rəsul Məcidli idarə etdiyi "VAZ 2106" markalı minik avtomobili ilə yolun kənarında dayanan 32 yaşlı Kənan Qocayevi, 29 yaşlı Elvin Bağırovu və 27 yaşlı Cavid Mahmudovu vurub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan hər üç şəxs Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlara aşağı ətrafların sınığı diaqnozu qoyulub.

Xəstəxanada onlara lazımi tibbi yardım göstərildikdən sonra Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Qaxda avtomobil üç piyadanı vurub


RƏYLƏR