Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2021 18:04
Haiti Prezidenti Jovenel Moizə qarşı həyata keçirilən sui-qəsdin videosu yayılıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, kadrlarda Haiti Prezidentinin yaşadığı iqamətgahın ətrafında bir qrup silahlı şəxsin dolaşdığı görünür.
Videonun ikinci hissəsində atəş səsləri eşidilir.
Ölkənin Baş naziri vəzifəsini icra edən Klod Cozefin mətbuata verdiyi məlumata əsasən, Moizin iqamətgahına gecə hücum edilib. Basqın nəticəsində, dövlət başçısı Jovenel Moiz və həyat yoldaşı Martin Moiz ölümcül yaralanıb. Martin Moiz ilk başda yaralı olsa da, daha sonradan o da dünyasını dəyişib.
Hücum edən şəxslərin bəzilərinin ispan dilində danışdığı bildirilir. Halbuki Haitinin rəsmi dilləri Haiti kreol və fransız dilləridir.
Klod Cozef ölkədə vəziyyətin nəzarət altında olduğunu vurğulayıb.
Qeyd edək ki, J. Moiz 2017-ci ildən Haitiyə rəhbərlik edirdi. Bu, ona qarşı təşkil edilən ilk sui-qəsd cəhdi deyil. Belə ki, cari ilin fevral ayında polislər dövlət çevrilişinin və ölkə rəhbərinə qarşı sui-qəsdin qarşısını almışdı.