Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda partiyalar və dini qurumlar telekanal, sayt, informasiya agentliyi təsis edə bilməyəcək

Azərbaycanda partiyalar və dini qurumlar telekanal, sayt, informasiya agentliyi təsis edə bilməyəcək

Tarix: 7 Iyul 2021 18:28

Siyasi partiyalar və dini qurumlar çap mediası istisna olmaqla, media orqanları təsis edə bilməyəcək.

Sonxeber.net bildirir ki, bu, "Media haqqında" qanunun ilkin versiyasında əksini tapıb.

Siyasi partiyaların və dini qurumların audioviziual media (televiziya kanalı), onlayn media orqanları və informasiya agentlikləri təsis etməsinə icazə verilməyəcək.

Layihəyə əsasən, dövlət orqanlarının da çap mediası təsis etmək sahəsində hüquqları məhdudlaşdırılır. Yalnız istisna hallarda müvafiq icazə alınmaqla, dövlət orqanı çap media orqanının təsisçisi ola biləcək.

Çap mediasının təsisi sahəsində məhdudiyyət qanunverici hakimiyyət (Milli Məclis) və məhkəmə hakimiyyətinə (Konstitusiya Məhkəməsi və Ali Məhkəmə) şamil edilmir.


Etiketlər:  Azərbaycanda partiyalar dini qurumlar telekanal sayt informasiya agentliyi təsis edə bilməyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ