Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çinin Ruyli şəhərində COVID-19 səbəbindən tam qapanma elan olunub

Çinin Ruyli şəhərində COVID-19 səbəbindən tam qapanma elan olunub

Tarix: 7 Iyul 2021 21:06

Çinin Yünnan vilayətindəki Ruyli şəhərində ardıcıl son günlər COVID-19 infeksiyasına yoluxmaların çoxalması fonunda tam qapanma elan olunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Myanma ilə həmsərhəd zonada yerləşən Ruyli şəhərində iyulun 4-dən bir nəfəri myanmalı olmaqla 3 nəfərin virusa yoluxması aşkarlanandan sonra sakinlərin kütləvi şəkildə yeni növ koronavirus testindən keçirilməsinə başlanılıb. Test nəticəsində ötən gün daha 17 yoluxma halının aşkarlanması səlahiyyətli qurumları daha sərt qərarlar qəbul etməyə vadar edib. Belə ki, təxminən 270 min əhalisi olan şəhərə giriş-çıxış tam dayandırılıb. Bütün sakinlər evlərində, müəssisələrdə çalışanlar isə yataqxanalarda karantin rejiminə cəlb olunublar. Sakinlərə ehtiyacı olan malları və ərzaqları evlər idarələrinin əməkdaşları çatdıracaqlar. Bu müddətdə gündəlik tələbat malları və ərzaq dükanları, apteklər, tibb ocaqları istisna olmaqla, bütün iş məkanları bağlı olacaq. Tədris müəssisələrində dərslər dayandırılıb.

Hazırda yoluxmuş şəxslərlə yaxın təmasda olanların müəyyən edilməsi işləri aparılır.

Qeyd edək ki, bu, Ruyli şəhərində il ərzində tətbiq olunan 2-ci tam qapanmadır. Bu dəfə olduğu kimi, mart-aprel ayında da şəhərdə yoluxma zəncirinin qonşu Myanmadan gələnlərdən başladığı güman olunur. İyulun 4-dən bəri şəhərdə 25 yoluxma qeydə alınıb ki, onların 19 nəfəri myanmalıdır.

Milli.Az


Etiketlər:  Çinin Ruyli şəhərində COVID səbəbindən qapanma elan olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ