Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İspaniyada koronavirusa yoluxma hallarının artması nəticəsində həftə ərzində xəstəxanalarda pasiyentlərin sayı 9 faiz artıb

İspaniyada koronavirusa yoluxma hallarının artması nəticəsində həftə ərzində xəstəxanalarda pasiyentlərin sayı 9 faiz artıb

Tarix: 7 Iyul 2021 22:46

İspaniya COVID-19 infeksiyasına yoluxmaların artması və xəstəxanalarda yerlərin dolması səbəbindən koronavirus pandemiyasının beşinci dalğasından ehtiyat edir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, İspaniyada həftə ərzində xəstəxanalarda çarpayı yerlərinin tutulması 9 faiz artıb. İki həftə ərzində COVID-19 virusuna yoluxmaların sayı artaraq, hər 100 min nəfərə 204 yoluxma faktı təşkil edib.

Daha çox yoluxmalar 20 yaşlı gənclər arasında müşahidə olunur.

Vaksinləmədən keçənlərin sayı nəzərə alınarsa, belə şəraitdə pandemiya dalğası heç vaxt baş qaldırmayıb. İspaniyada 26.505.676 nəfər (əhalinin 56,69 faizi) pandemiya əleyhinə vaksinin birinci dozasını alıb, 19.135.448 nəfər (əhalinin 40,93 faizi) isə vaksinləmənin tam sxemini keçib.


Etiketlər:  İspaniyada koronavirusa yoluxma hallarının artması nəticəsində həftə ərzində xəstəxanalarda pasiyentlərin sayı faiz artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ