Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çempionlar Liqası: 1-ci təsnifat mərhələsi bitdi - NƏTİCƏLƏR

Çempionlar Liqası:  1-ci təsnifat mərhələsi bitdi - NƏTİCƏLƏR

Tarix: 8 Iyul 2021 07:16

Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunları davam edir.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki,daha 9 matç keçirilib.

Turnirdəki təmsilçimiz "Neftçi" Gürcüstanda Tbilisi "Dinamo"sunun qonağı olub. Oyun Samir Abasovun komandasının qələbəsi ilə başa çatıb - 2:1. Eyni saatda başlayan digər oyunda millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" (Polşa) Norveçdə "Bude Qlimt"in qonağı olub. "Legiya"nın 3:2 hesabı ilə qalib gəldiyi oyunda Emreli dubl edib.  

7 iyul

Çempionlar Liqası

1-ci təsnifat mərhələsinin ilk oyunları

20:00. "Dinamo" (Tbilisi, Gürcüstan) - "Neftçi" (Azərbaycan) - 1:2

20:00. "Bude Qlimt" (Norveç) - "Legiya" (Polşa) - 2:3

21:00. "Slovan" (Bratislava, Slovakiya) - "Şemrok Rovers" (İrlandiya) - 2:0

21:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Valür" (İslandiya) - 3:2

21:00. "Lüdoqorets" (Bolqarıstan) - "Şaxtyor" (Soliqorsk, Belarus) - 1:0

21:00. "Makkabi" (Hayfa, İsrail) - "Kayrat" (Qazaxıstan) - 1:1

21:00. "Teuta" (Albaniya) - "Şerif" (Moldova) - 0:4

21:00. "Malmö" (İsveç) - "Riqa" (Latviya) - 1:0

22:00. "Konnas-Ki Nomads" (Uels) - "Alaşkert" (Ermənistan) - 2:2

Qeyd edək ki, mərhələnin cavab oyunları 13-14 iyulda keçiriləcək.


Etiketlər:  Çempionlar Liqası təsnifat mərhələsi bitdi NƏTİCƏLƏR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ