Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2021 17:10
Rusiyanın Federal Hava Nəqliyyat Agentliyi ("Rosaviasiya") "S7 Airlines" şirkətinə Çelyabinskdən Azərbaycana uçuşlara icazə verib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə müvafiq əmr "Rosaviasiya"nın rəsmi saytında dərc edilib.
Sənədə əsasən S7 aviaşirkətinə Çelyabinskdən Bakı və Gəncəyə uçuşlar həyata keçirməyə icazə verilib.
Bununla yanaşı Rusiyanın "Azur Air" və "Yamal" aviaşirkətlərinə Çelyabinskdən İspaniyaya (Barselona və Palma-de-Mayorka) və Kiprə (Larnaka) uçuşlar həyata keçirməyə icazə verilib.
Xatırladaq ki, qərar beynəlxalq marşrutlarda uçuşların bərpa edilməsi üçün əsas səbəb sayılmır. Bu, uçuşları bərpa edərkən aviaşirkətlərin istifadə edə biləcəkləri haqlarıdır.