Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avro-2020-ni qazansalar, əlavə bir gün istirahət istəyirlər

Avro-2020-ni qazansalar, əlavə bir gün istirahət istəyirlər

Tarix: 8 Iyul 2021 19:56

İngiltərə Parlamentinin saytında ölkənin futbol yığmasının Avropa çempionatını qazanacağı təqdirdə, əlavə bir istirahət günü istənilən petisiya yayımlanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hazırda  60 mindən çox insan petisiyanı imzalayıb. Təşəbbüs 100 min imza toplayarsa, parlament bu məsələyə baxmağa borclu olacaq.

Xatırladaq ki, İngiltərə yarımfinalda Danimarkaya 2:1 hesabı ilə qalib gələrək tarixində ilk dəfə Avropa çempionatının finalına yüksəlib. Komanda həlledici matçda iyulun 11-i İtaliya ilə qarşılaşacaq.

Milli.Az


Etiketlər:  Avro 2020 ni qazansalar əlavə bir gün istirahət istəyirlər


RƏYLƏR