Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şərqi Zəngəzur: strateji hədəfə doğru... - professor

Şərqi Zəngəzur: strateji hədəfə doğru... -  professor

Tarix: 8 Iyul 2021 20:24

Prezidentin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə bağlı imzaladığı fərman erməniləri sözün əsl mənasında təşvişə salıb. Ermənilər bunun gerçəkləşməməsi üçün 27 il Qarabağ üzərindən Azərbaycana təzyiqlər edib "status-kvo"nu saxlamaq istəyirdi. Prezident isə bu fərmanı ilə bir daha tarixi ədaləti bərpa etdi.

Sonxeber.net xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Türkiyənin Ərciyəz Universitetinin professoru, İrəvan Türk Respublikasının təsisçisi Qafar Çaxmaqlı Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması haqda fərmanını şərh edərkən deyib.

Q.Çaxmaqlı bildirib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması bir çox məsələləri həll edəcək:

"Birincisi, Prezident Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə bağlı fərmanı 7 iyul tarixində verdi. 7 iyul heç də təsadüfi tarix deyil. Məsələ ondadır ki, 7 iyul 1923-cü il DQMV-nin yaranma günüdür. Yəni Prezident faktiki olaraq DQMV yaranma günü olan 7 iyul tarixində Qarabağ iqtisadi rayonunu elan edərək Qarabağın vahid və bölünməz olduğunu elan etdi. Daha dəqiq desək Prezident "Qarabağ Azərbaycandır!" ifadəsini bu fərmanla tarixə həkk etdi.

İkincisi, bu addım faktiki olaraq Qarabağ və Zəngəzur ətrafında gedən siyasi proseslərə verilən ən tutarlı cavabdır. Xəritəyə baxdıqda görə bilərsiniz ki, Qarabağ iqtisadi rayonun ərazisinə Xankəndi də daxildir. Yəni bu o deməkdir ki, Qarabağ Azərbaycanın digər iqtisadi rayonlarından fərqlənmir və o heç bir halda başqa bir ölkəyə güzəştə gedilə bilməz.

Üçüncüsü, bu qərarın digər tarixi hissəsi Zəngəzurla bağlıdır. Bilirsiniz ki, Zəngəzur vilayəti də Qarabağ kimi vahiddir, bölünməzdir və tarixi Azərbaycan torpağıdır, vahid vilayətdir. 1920-ci ildə Zəngəzur vilayəti ədalətsiz şəkildə Azərbaycan xalqının iradəsinə zidd olaraq Ermənistana verilib. Biz bu ədalətsizlik ilə barışmamalıyıq və barışmadığımızı Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması ilə göstərmiş olduq.

Azərbaycan bu gün özünü ADR-nin hüquqi və tarixi varisi sayır. Buna görə də bizim Zəngəzura haqq iddiamız var və olmalıdır. Biz bunu çəkinmədən deməliyik. Düşünürəm, indiki halda Ermənistanla sülh müqaviləsi də imzalanmamalıdır. Çünki Şərqi Zəngəzur Qərbi Zəngəzura birləşməli, beləcə Naxçıvan da Ana Vətənə qovuşmalıdır".


Etiketlər:  Şərqi Zəngəzur strateji hədəfə doğru professor


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ