Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2021 21:12
AMEA İnformasiya Texnologiyaları İnstitutunun onlayn elmi seminarında "Ultra-Wide Band texnologiyası: perspektivləri və arxitekturası" mövzusunda müzakirələr aparılıb.
Bu barədə institutdan məlumat verilib. Mövzu ilə bağlı məruzəni təqdim edən institutun elmi işçisi Kamran Cəfərzadə diqqətə çatdırıb ki, UWB (Ultra-Wide Band) - Ultra-Geniş Bant az enerji istehlaklı və son dərəcədə aşağı spektral güc sıxlığı olan ultra genişzolaqlı siqnallardan istifadə edən simsiz şəbəkə texnologiyasıdır.
Məruzəçi UWB-nin əsas üstünlüklərindən söz açıb. Qeyd edib ki, buraya məlumatın yüksək ötürmə sürəti, obyektlərin yerini 2 sm dəqiqliklə yerli olaraq təyin edilməsi, məlumat təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması, daha az enerji sərfiyyatı aiddir. O, həmçinin UWB və digər simsiz şəbəkə texnologiyalarının spektral sıxlığı, Siqnalın Uçuş Vaxtının (ToF) hesablanması, "Car-Key" texnologiyası, UWB-ni dəstəkləyən mobil cihazlar haqqında məlumat verib.
Sonda məruzə ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Şöbə müdiri Rəşid Ələkbərov mövzunun müasir dövrümüzdə böyük aktuallıq kəsb etdiyini bildirib. "Ultra-Wide Band" texnologiyasının perspektivləri və arxitekturası ilə bağlı tədqiqatların dərindən araşdırılmasının, beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini qeyd edib.