Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sel bir nəfərin ölümünə səbəb oldu, 3 nəfər son anda xilas edildi - VİDEO

Sel bir nəfərin ölümünə səbəb oldu, 3 nəfər son anda xilas edildi - VİDEO

Tarix: 9 Iyul 2021 10:50

Gədəbəy rayonunda leysan selə səbəb olub, bir nəfər sel sularında boğulub. 

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki,rayonun Moruqlu kəndində 63 yaşlı Sahib Sadıqov sel sularında batıb.

Çobanlıqla məşğul olan Sahib Sadıqovun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bundan başqa, rayonda bir neçə kənd ərazisində çay daşıb, sel suları kənd yollarına, təsərrüfatlara və əkin sahələrinə ziyan vurub.

Şəmkirdə də güclü yağış fəsadlar törədib.

Təbiət hadisəsi rayonun "Kraz yolu" adlanan ərazisində qeydə alınıb. Güclü yağışdan sonra gələn sel 2 minik avtomobilini aparıb. Bu zaman avtomobillərdə olan 3 nəfər son anda xilas edilib. Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Gəncədə də yağan güclü yağış nəticəsində yaranan sel şəhərin Məhsəti qəsəbəsində bir neçə küçədə evlərə dolub.

Yağış suları həmçinin avtomobillərin və insanların hərəkətinə çətinliklər yaradıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Sel bir nəfərin ölümünə səbəb oldu 3 nəfər son anda xilas edildi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ