Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkandan 800 manatlıq geyim qalmaqalı ilə bağlı açıqlama - VİDEO

Türkandan 800 manatlıq geyim qalmaqalı ilə bağlı açıqlama - VİDEO

Tarix: 9 Iyul 2021 12:40

Bakıda fəaliyyət göstərən onlayn mağazalardan biri müğənni Türkan Vəlizadədən şikayətçidir.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, mağaza sahibi instaqramda paylaşım edərək müğənninin 800 manatlıq geyimi bir müddətdir qaytarmadığını iddia edib.

Onun sözlərinə görə, Türkan Vəlizadə mağazadan pulunu ödəmədən geyimlər götürüb, daha sonra isə zənglərə cavab verməyib:

"Kasıb adamam. Halal yolla qəpik-qəpik yığıb internet üzərindən onlayn paltar biznesi ilə məşğul oluram ki, çörəkpulum olsun. Bir həftədir ki, məni ələ salırsız. Deyirsiz ki, rayondayıq. İndi də telefonlarıma cavab vermirsiz. Sənin minnətlə etdiyin reklam da mənə lazım deyil. Bütün geyimlərimi, ya da pulumu qaytarmağını tələb edirəm.

800 manat, bəlkə, sənin üçün heç nədir, mənimçün isə böyük puldur. Ayıb deyil? Bu nə hörmətsizlikdir? Pislik etmişəm? Reklam üçün paltar vermişəm, geyin, sonra qaytar. Sənə görə niyə qazancımdan, müştərimdən olum? Reklam etməyi yaraşdırmırsansa, onda pul ver, paltarı al. Get brend geyin, köməkçilərin də instaqram səhifələrindən sənə paltar istəməsin".

Müğənni öz instaqram səhifəsində haqqında yazılmış iddialara cavab verib. İfaçı bildirib ki, vaxt azlığından geyimləri mağazaya qaytara bilməyib:

"Bu gün sosial şəbəkələrdə şəklimi və haqqımda xoşagəlməz yazını gördüm. Bilirəm ki, məni sevən, izləyən hər kəs bilir ki, mən elə insan deyiləm. Qeyd etmək istəyirəm ki, hamının başı qarışan məsələ olur. El şənliklərində oluruq, vaxtımız olmur. Geyimlərimin hər biri ilə Mikayıl maraqlandığı üçün xəbərim olmur. İnanın ki, bu məsələdən də xəbərim olmayıb. Sadəcə vaxtım olmadığına görə bir neçə paltar var idi, çatdıra bilməmişik. Kiminsə əşyası, malı - mülkü heç vaxt mənə lazım olmayıb. Geyimlərimin 90 %-ni pulla alıram. Haqqa girən insan olmamışam. Bir çox insanlara, yardıma ehtiyacı olanlara dəstək oluram. Belə şeyləri paylaşmaq lazım deyil, bu nə mənə, nə də izləyicilərimə maraqlı deyil. Vaxt məhdudiyyətindən bütün sənətçilərin başına gələn işdir".


Etiketlər:  Türkandan manatlıq geyim qalmaqalı ilə bağlı açıqlama VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ