Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyanın müavini siyasətdən gedir

Paşinyanın müavini siyasətdən gedir

Tarix: 9 Iyul 2021 17:14

Ermənistan Baş nazirinin müavini vəzifəsini icra edən Tiqran Avinyan siyasətdən gedir.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, o, artıq siyasətdə deyil, özəl sektorda fəaliyyət göstərmək niyyətindədir.

Məlumatlara əsasən, Avinyan öz yaxın dostu Varaq Siseryanı özəl şirkətlərdən birinə yerləşdirib. İndi isə özü də ona qoşulmaq qərarına gəlib. Burada söhbət telekommunikasiya şirkətindən gedir və T. Avinyan orada rəhbər vəzifədə çalışmaq istəyir.

Bununla belə, o, rəhbərlikdə olan komandasını da özü ilə şirkətə aparmağı düşünür.

Qeyd edək ki, T. Avinyan hazırda Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın hakim "Vətəndaşlıq razılaşması" partiyasının seçki siyahısına daxil edilməmişdi. Şayiələrə görə, Avinyan İrəvan şəhərinin meri vəzifəsinə namizədliyini irəli sürmək istəyir. Lakin onun bu məsələdə sahibkarlıqla məşğul olan Xaçatur Sukiasyan adlı güclü rəqibi var.


Etiketlər:  Paşinyanın müavini siyasətdən gedir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ